FIFA 2022-ci il dünya çempionatını keçirmək istəyən Qətərdən 780 milyon dollar alıb. 

Offsideplus.az-ın "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, səsverməyə 3 gün qalmış ali futbol qurumu "Əl-Cəzirə" telekanalı ilə anlaşıb. Müqaviləyə əsasən, FIFA 354 milyon dollar alıb. Bu məbləğin 118 milyon dolları DÇ-2018-in, daha 118 milyon dolları isə DÇ-2022-nin televiziya hüquqlarının alınmasına sərf olunub. Müqavilədəki digər bəndə əsasən DÇ-2022 Qətərdə keçirilsə, FIFA-ya daha 118 milyon dollar ödəniləcək. 

Sənədləri FIFA-nın sabiq prezidenti Jozef Blatter və keçmiş baş katib Jerom Valke imzalayıb. 

Sonradan 427 milyon dollarlıq daha bir sənəd imzalanıb. FIFA-ya pullar "beIN Media Group"dan gəlməli imiş. Ekspertlər bütün müqavilələrin məbləğlərinin şişirdildiyini iddia ediblər.