UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Ukraynanın "Vorskla” klubu ilə qarşılaşacaq “Qarabağ” 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə biganə qalmayıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi qarşılaşmanı izləyən bütün azarkeşlərə Azərbaycan bayrağı hədiyyə edəcək.

Bu aksiya matçı izləyəcək azərbaycanlı fanatlara şamil olunacaq. Poltava yaşayan 400-ə yaxın azərbaycanlı stadiondan komandanı dəstəkləyəcək.

Qonşu şəhərlərdə yaşayan soydaşlarımızın da oyuna təşrif buyurması sayəsində “Qarabağ”ı dəstəkləyənlərin sayı 1000-dən çox olacağı gözlənilir. Ümumilikdə isə Aleksey Butovski adına stadionda keçiriləcək görüşə 8 min bilet satılıb.(matc.az)