"Qrup mərhələsi başlamazdan əvvəl "Vorskla"nın pley-offa yüksələcəyini söyləyən çox az adam tapılardı. Amma Azərbaycandakı qələbə Poltava təmsilçisi üçün yaxşı perspektiv yaratdı". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Vorskla"nın sabiq yarımüdafiəçisi Eduard Tsixmeystruk deyib. Poltava təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la keçirəcəyi oyunla bağlı proqnoz verən 45 yaşlı veteran futbolçu Bakıda olduğu kimi, ev görüşündə də keçmiş komandasından qələbə gözləyir:

"Əminəm ki, “Qarabağ” özünün ilk xallarını qazanmaq üçün hər şeyi edəcək. Amma Bakıdakı tarixi – ilk qələbədən sonra “Vorskla”dan davamını gözləmək istəyirik. Bunun üçün əsas da var. Vacib olan odur ki, komandanı dəstəkləməyə çox sayda azarkeş gəlsin. Çünki bərabərsəviyyəli komandaların oyunlarında bu amil həlledici ola bilər”.

Qeyd edək ki, bu gün keçiriləcək "Vorskla" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.(qol.az)