"Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Vorskla" ilə sabahkı səfər oyunu öncəsi Ukraynada məşqə çıxıb. 

Offsideplus.az xəbər verir ki, Aleksey Butovski adına stadionda təşkil olunmuş hazırlıq prosesini Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Poltava şəhərindəki fəxri konsulumuz Elşən Vəliyev də izləyib.

"Qarabağ” rəhbərliyi onlara arxalarında adları yazılmış forma hədiyyə edib.