Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Genk"lə qarşılaşacaq "Beşiktaş" oyuna ciddi itkilərlə çıxacaq.

Offsideplus.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, zədə səbəbindən müdafiəçilər Adriano və Gökhan Gönül, yarımmüdafiəçi Gökhan Törə səfər matçında iştirak edə bilməyəcək. Adıçəkilən oyunçular Belçikaya aparılmayıb.

Qeyd edək ki, sabah keçiriləcək  "Genk" - "Beşiktaş" oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.