"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Ağdam klubu I qrupundakı 4-cü tur matçında Türkiyə "Sivasspor"u ilə qarşılaşıb: 2:3.

Ölkədəki hərbi vəziyyətlə əlaqədar rəqibini İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək Azərbaycan çempionu qrupda xalsız yeganə komandadır və sonuncu pillədə qərarlaşıb. "Köhlən atlar" bu görüşdə də uduzaraq, pley-offa çıxmaq şanslarını itirib.

Bu komandalar arasında keçirilmiş ilk oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər matçında İspaniya "Vilyarreal"ı İsraildə Tel-Əviv "Makkabi"si ilə üz-üzə gəlib: 1:1. 

UEFA Avropa Liqası, I qrupu

IV tur

21:55. “Qarabağ” (Azərbaycan) – “Sivasspor” (Türkiyə) 2:3 (A.Zubir, 8. U.Matiç, 51. - A.Kone, 40. -pen, 79. O.Kayode, 58.)
Baş hakim:
 Yakob Kehlet (Danimarka)
İstanbul, “Başakşehir Fatih Terim" stadionu.

Xal durumu: "Vilyarreal" 9, "Makkabi" - 6, "Sivasspor" - 3, "Qarabağ" - 0