UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sivasspor"da koronavirusa yoluxma halı aşkarlanıb.

Offsideplus.az xəbər verir ki, komandanın məşqçisi və 2 futbolçusunun COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Dərhal karantinə alınan şəxlərin adları açıqlanmayıb. 

Qeyd edək ki, bununla da, komandada koronavirusa yoluxanların sayı 7-yə çatıb.