Avropa Liqasındakı yeganə təmsilçimiz "Qarabağ" noyabrın 26-da "Sivasspor"la qarşılaşacaq.

Ölkəmizdəki məlum durumla bağlı UEFA matçın neytral meydanda oynanılmasını tələb etdiyindən Azərbaycan çempionu rəqibini İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək. 

Offsideplus.az xəbər verir ki, ağdamlıları qardaş ölkəyə aparacaq çarter reysli təyyarə sabah səhər 11-də havaya qalxacaq. Koornavirusa yoluxduğuna görə Avropada qalan Maksim Medvedevlə Rahil Məmmədovun Türkiyəyə aparılmayacağı dəqiqdir. Cəza səbəbindən meydana çıxa bilməyəcək Filip Ozobiç, o cümlədən zədəlilər - Bədavi Hüseynov, Abbas Hüseynov və Patrik Andrade isə nümayəndə heyətinin tərkibində olacaq. Abbasla Patrikin mübarizəyə qoşula bilməyəcəkləri dəqiqdirsə, Bədavinin oynamaq şansı var.

Yeri gəlmişkən, Qurban Qurbanov sabah Bakı vaxtı ilə saat 20.00-da Qurban adıçəkilən stadionun konfrans zalında jurnalistlərin önünə çıxacaq. Bundan yarım saat sonra oyunun keçiriləcəyi stadionun əsas meydanında "Qarabağ"ın məşqçi başlayacaq.