Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda  “Qarabağ”ın “Makkabi” (İsrail) ilə ev oyununun yeri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, klubun baş meneceri Asif Əsgərovun Ağdam təmsilçisinin bu rəqibini də İstanbulda qəbul edəcəyini bildirib. Görüş dekabrın 3-də “Başakşəhər Fatih Terim” stadionunda olacaq.

Qeyd edək ki, Azərbaycanda hərbi vəziyyət olması səbəbindən “Qarabağ” bundan əvvəl “Vilyarreal”ı (İspaniya) da bu stadonda qəbul etmişdi. Eyni zamanda, “Sivasspor”la (Türkiyə) noyabrn 26-dakı matç da eyni arenada keçiriləcək. (Qol.az)