İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Alfonso Pedraza UEFA Avropa Liqasının I qrupunun 2-ci turunda "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı paylaşım edib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı cinah oyunçusu "Twitter"də qələbə qazandıqları üçün sevindiyini bildirib: "İkiqat xoşbəxtəm. Qarşılaşma asan olmadı. Amma bu şəkildə qələbə qazananda daha çox zövq alırsınız".

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionundakı matç "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirir.