Avropa Liqasında II turun rəmzi komandası açıqlanıb.

Offsideplus.az xəbər verir ki, “11-lik”də 11 müxtəlif klubun üzvləri yer alıb.

Qapıçı: Qustavo Busatto (MOİK);

Müdafiəçilər: Dioqo Dalot (Milan), Ceremi Gelin (Antverpen), Stian Qreqersen (Molde), Borna Barişiç (Reyncers);

Yarımmüdafiəçilər: Pizzi (Benfika), Mihael Liendl (Volfsberger), Co Uillok (Arsenal);

Hücumçular: El Fardu Ben Nabuhan (Srvena Zvezda), Elvis Manu (Lüdoqorets), Mohamed Elyunussi (Seltik).