İrlandiyanın "Dandolk" klubu UEFA Avropa Liqasının tarixində qeyri-adi nəticəyə nail olub.

Offsideplus.az xəbər verir ki, İrlandiya çempionu turnir başlayandan bəri bir oyun ərzində qaydanı pozmayan yeganə kollektiv olub. Sonuncu dəfə bu hal 2009/2010 mövsümündə yaşanmışdı.

B qrupunun II turunda İngiltərədə "Arsenal"a 0:3 hesabı ilə uduzduqları oyunda "Dandolk"ın oyunçuları bir dəfə də olsun qaydanı pozmayıb. Meydan sahibləri isə 20 dəfə "foul" edib.