"Partizani" klubunun sabiq baş məşqçisi Franko Lerda 2019-cu ildə Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri matçı xatırlayıb.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə öz ölkəsinin mətbuatına açıqlama verib. Lerda Ağdam təmsilçisinin güclü olmasından bəhs edib:

"Bu komanda çox vaxt turnirin pley-off mərhələsinə vəsiqə qazanır. 25 milyon avro büdcəsi var. Bakı çox gözəl şəhərdir. Həmin oyunlarda "döyüş gəmisi"nə qarşı oynadıq. İlk oyunda heç-heçə etdik. İkinci matçda isə sona 5 dəqiqə qalmışa qədər bərabərlik üçün mübarizə apardıq".

Qeyd edək ki, "Qarabağ" Albaniyadakı matçda qolsuz heç-heçə, Bakıdakı görüşdə isə 2:0 hesabı ilə qalib gəlmişdi.