Qurban Qurbanov yenə qayğılıdı.

Xayme Romeronun zədəsini sağaltması baş məşqçinin üzünü güldürsə də, Mahir Emrelinin hələ də kollektiv çalışmalardan uzaq düşməsi, üstəlik, Maksim Medvedevin də yığmanın Monteneqro ilə qarşılaşmasında zədələnməsi ortaya müəyyən suallar çıxardıb.

Offsideplus.az xəbər verir ki, Maksimlə Mahir oktyabrın 22-də İsraildə "Makkabi" ilə baş tutacaq qarşılaşmada iştirak etməyə bilər. Müayinə üçün İspaniyaya gedə bilməyən Mahir hazırda fərdi qaydada bərpa məşqlərində iştirak edir. Bu gün "Qəbələ"yə qarşı oynamayacağı gün kim aydındır. Təl-Əvivdə meydana çıxıb-çıxmayacağına isə fərdi məşqlərdə özünü necə hiss etməsindən asılıdır. Oynamaq ehtimalı az olsa da, görüşü kənardan izləyəcəyi daha inandırıcı görünür. Bağları zədələnən Maksim də "Qəbələ"ylə matçda forma geyə bilməyəcək. "Makkabi"ylə oyuna qədər hansı vəziyyətdə olacağı növbəti həftənin əvvəlindəki həkim müayinəsindən sonra bilinəcək. İndiki durumda kapitanın da israillilərə qarşı mübarizə aparacağı inandırıcı görünmür.