Avropa Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

Offsideplus.az Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə final oyununun nominal meydan sahibləri də müəyyənləşib.

1/4 final

1. “Volfsburq” (Almaniya) / “Şaxtyor” (Ukrayna) cütünün qalibi - “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) cütünün qalibi

2. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi - "Başakşəhər" (Türkiyə) / "Kopenhagen" (Danimarka) cütünün qalibi

3. “İnter” (İtaliya) / “Xetafe” (İspaniya) cütünün qalibi - “Reyncers” (Şotlandiya) / “Bayer” (Almaniya) cütünün qalibi

4. “Olimpiakos” (Yunanıstan) / “Vulverhempton” (İngiltərə) cütünün qalibi - “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi

Yarımfinal

4 cütünün qalibi - 2 cütünün qalibi

3 cütünün qalibi - 1 cütünün qalibi

Görüşlər Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində olacaq.

1/8 finalın oyunları 5-6 avqustda, 1/4 finalın görüşləri isə 10-11 avqustda keçiriləcək. Yarımfinal qarşılaşmaları 16-17 avqustda, final isə 21 avqustda Kölndə baş tutacaq. Həlledici matçda “Olimpiakos” (Yunanıstan) / “Vulverhempton” (İngiltərə) cütünün qalibi - “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi ilə LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi - "Başakşəhər" (Türkiyə) / "Kopenhagen" (Danimarka) cütünün qalibi arasındakı görüşdən üstün ayrılan tərəf nominal ev sahibi olacaq.

Qalib hər mərəhələdə 1 oyunla müəyyənləşəcək, matçlar Bakı vaxtı ilə saat 20:55 və 23:00-da başlayacaq.