“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka ötən il Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirtdikləri matçı xatırlayıb.

Offsideplus.az xəbər verir ki, yerli mətbuata açıqlama verən 19 yaşlı futbolçu həmin oyunun onun üçün xüsusi olduğunu bildirib:

“Vorskla” ilə matçdan iki həftə sonra "Emireyts"də ilk görüşümə çıxanda ailə üzvlərim məni izləməyə gəlmişdilər. 17 yaşım bir neçə ay öncə tamam olmuşdu. Həmin gün isə Avropa Liqasında "Qarabağ"a qarşı meydanda idim. Bir gün əvvəldən meydana start heyətində çıxacağımı demişdilər. Həmin gecəni yata bilməmişdim. Hətta atam da yata bilmədiyini mənə söyləmişdi. Məni dəstəkləmək üçün oyuna gəlmişdilər. Matçdan sonra necə xoşbəxt göründüklərin xatırlayıram. Həmin qarşılaşmada geyindiyim formanı özümlə götürdüm, evdə divardan asmışam”.