Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına 4 namizəd açıqlanıb.

Offsideplus.az UEFA-nın saytına istinadən xəbər verir ki, siyahıda Dioqo Jota (“Vulverhempton”), Yanis Haci (“Reyncers”), Lusiano Vietto (“Sportinq”) və Daiçi Kamada (“Ayntraxt”) yer alıb. Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Avroliqada həftənin ən yaxşı futbolçusu kim olacaq?