Avropa Liqasında pley-off mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Vulverhempton” “Espanyol”a qarşı ilk görüşü öz meydanında keçirib. Komanda 4:0 hesabı ilə qalib gəlir.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” isə “Sportinq”lə ilk duelinə Portuqaliyada çıxıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları fevralın 26-27-də keçiriləcək.