UEFA Qazaxıstanın "Ordabasi" klubunu 2 il müddətinə avrokuboklarda iştirakdan məhrum edib. 

Offsideplus.az xəbər verir ki, klub maliyyə "fair-play" qaydalarına əməl etməməsi səbəbindən 2020/2021 və 2021/2022 mövsümündə  avrokuboklarda iştirak etməyəcək.

"Ordabasi" 2020-ci il yanvarın 30-dək 30 sentyabr tarixinə qədər olan borcları ödədiyini sübut edə bilsə, cəzadan xilas olacaq. Qazaxıstan təmsilçisi həmçinin 100 min avro məbləğində cərimələnib. 

UEFA həmçinin Sloveniyanın "Olimpiya" (Lyublyana) və Serbiyanın "Srvena Zvezda" klublarına eyni səbəbdən müvafiq olaraq 75 və 50 min avro məbləğində cəza kəsib.