Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda ötən gecə keçirilən “Beşiktaş”-“Slovan”  matçından (2:1) sonra xoşagəlməz anlar yaşanıb.

Offsideplus.az "Hurriyyet"ə istinadən xəbər verir ki, matçın final fitindən sonra qonaqların  baş məşqçisi Yan Kozak “Beşiktaş” fanatlarına tərəf əllə qeyri-etik jest edib və azarkeşləri söyüb. Bunu görən “Beşiktaş”ın ehtiyat oyunçular skamyasında əyləşən futbolçuları Kozaka hücum çəkiblər. Polislər aranı sakitləşdiriblər. 

Xatırladaq ki, matçın 90+2-ci dəqiqəsində Lyayiçin penaltidən vurduğu qol “Beşiktaş”a qələbə qazandırıb. Bu məğlubiyyətldən sonra Sovakiya təmsilçisi pley-offa çıxmaq şansını itirib.