Avropa Liqasında V turun oyunlarından sonra futbolçuların reytinq siyahısı açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, “Fedeks” şirkətinin müəyyənləşdirdiyi indeksə görə, "Sportinq"in yarımmüdafiəçisi Bruno Fernandes 7843 xalla hamını qabaqlayır. Onu "Sevilya"nın hücumçusu Munir El-Haddadi (7337) və "Reyncers"in forvardı Alfredo Morelos (7246) izləyir.

"Qarabağ"ın heyətində millimizin üzvləri arasında ən yaxşı göstərici Riçard Almeydadadır. Milliləşdirilən braziliyalı 2070 xalla 293-cü sırada yer alır. Reytinqdə növbəti yerdə "azərbaycalı" Ukrayna klubu "Aleksandriya"nın formasını geyinən müdafiəçi Pavel Paşayev qərarlaşır. Aktivində 1301 xal olan cinah oyunçusu özünə 501-ci pillədə yer edə bilib. Növbəti sırada "Qarabağ"ın orta sahə oyunçusu Qara Qarayev qərarlaşır. O isə 568-ci pillədədi (1075 xal).

“Qarabağ”ın ən yaxşı 3 futbolçusu - Dani Kintana (4323 xal - 40-cı yer), Ailton Silva (2830 - 153) və Miçeldir (2352 - 234).