"Astana”nın futbolçusu Dmitri Şomko Avropa Liqasında "Mançester Yunayted”lə keçirilən oyundan (2:1) sonra fikirlərini bildirib. 
Offsideplus.az xəbər verir ki, o, əla emosiyasının olduğunu deyib. Şomko vurduğu qol barədə də danışıb: 
"Stadion tam dolmuşdu. Sevinirəm ki, bu il doğma stadionumuzda keçirdiyimiz son oyunda azarkeşlərimizi sevindirə bildik. Hər mövsüm belə böyük komandalarla qarşılaşmaq olmur. Xoşbəxtəm ki, qalib gəldik. Emosiyam sərhədsizdir.  Vurduğum qol barədə gələcəkdə nəvələrimə danışacağam. Amma qolu kimin vurduğunun heç bir önəmi yoxdur, əsas odur ki, qalib gəlmişik”.