AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Hakimlər Komitəsinin sədri Frits Ştuxlik eyni oyuna təyinat alıb. 

Offsideplus.az-ın məlumatına görə, milli assosiasiyanın hər iki əməkdaşı Rusiyada "Krasnodar" və İsveçrə "Bazel"i arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin VI tur matçında iş başında olacaq. Mehtiyeva UEFA nümayəndəsi, Ştuxlik hakim-inspektor funksiyasını yerinə yetirəcək. 

Qeyd edək ki, görüş noyabrın 28-də olacaq.