Avrokuboklarda qrup mərhələsinin IV turundan sonra UEFA reytinqi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasında 16, Avropa Liqasında isə 24 qarşılaşma baş tutub ki, bu da cədvəldə bəzi dəyişikliklərə yol açıb.

APOEL-in “Qarabağ” üzərindəki qələbəsi sayəsində Kipr 15-ci yerə yüksəlib. Azərbaycanın mövqeyi isə dəyişməyib. “Qarabağ” Avropa Liqasında bu turda məğlub olduğundan, aktivimizə xal gəlməyib. Azərbaycanın son 5 ilin nəticələrinə görə hesablanan reytinqi 18,500-dü. Ölkəmiz bununla Avropada 26-cı sırada qalıb.