UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda bu gün “Latsio” “Seltik”i qonaq edəcək.

Offsideplus.az xəbər verir ki, Romada keçiriləcək qarşılaşmadan əvvəl iki “Seltik” azarkeşi bıçaqlanıb. 35 və 52 yaşlı şotland azarkeşlərin gecə irlandiyalılara məxsus bir barın çıxışında bıçaqlandığı bildirilir.

Qeyd edək ki, “Latsio” – “Seltik” oyunu saat 21:55-də start götürəcək. Qarşılaşmada “Seltik”i 9 min şotland azarkeşin dəstəkləyəcəyi gözlənilir.