UEFA "Latsio"ya cəza tətbiq edib. 

Offsideplus.az xəbər verir ki, buna səbəb İtaliya klubunun Avropa Liqasının qrup mərhələsində "Renn"lə keçirdiyi oyunda azarkeşlərin davranışı olub.

Belə ki, həmin qarşılaşmada romalıların fanatları irqçi şüarlar səsləndiriblər. Buna görə, qitə futbol qurumu "Latsio"nun növbəti ev oyunu zamanı tribunaların qismən bağlatdırılmasına qərar verib. Belə ki, qarşdakı matçda fanatların ən fəal olduğu 4 tribuna boş saxlanılacaq. İtalyanlar eyni hadisəni təkrarlasalar, o zaman daha sərt sanksiya tətbiq ediləcək.

Qeyd edək ki, "Latsio" - "Renn" oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Komandanın növbəti ev matçı noyabrın 7-də "Seltik"ə qarşı olacaq.