"Qarabağ"ın futbolçusu Mahir Emreli Lüksemburqda "Düdelanj"la oyun zamanı baş vermiş erməni təxribatı ilə əlaqədar mövqeyini bildirib.

Offsideplus.az xəbər verir ki,  22 yaşlı hücumçu şəxsi "Instagram"ında bununla bağlı paylaşım edib.

Belə ki, matçdan fotosuna "Mövzu Vətəndirsə, gerisi təfərrüatdır. "Qarabağ" - Azərbaycandır" yazıb.

Qeyd edək ki, "Qarabağ" "Düdelanj"a 4:1 hesabı ilə qalib gəlib.