Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək "Qarabağ" - "Sevilya" oyununa bilet satışı davam edir. 

Offsideplus.az xəbər verir ki, artıq 28 min bilet satılıb. Qalan 2 min biletin oyun gününə kimi satılacağı gözlənilir.

 

Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçına saat 20:55-də start veriləcək.