UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində sentyabrın 19-da Bakıda oynanılacaq “Qarabağ” - “Sevilya” qarşılaşmasının biletləri satışa çıxarılıb.

Offsideplus.az klubun “Facebook” səhifəsinə istinadla xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik”, “28 Mall”, “Park Bulvar”dakı “iTicket” satış məntəqələrindən, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərindən və https://iticket.az/ saytından əldə etmək olar. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq.

Image may contain: text