Xavyer Hernandesin (Çiçarito) yeni klubu "Sevilya" klubunda debütü ləngiyə bilər. 

Offsideplus.az xəbər verir ki, meksikalı hücumçu La Liqanın 4-cü turunda "Alaves" matçda oynamaq istəsə də, baş məşqçisi Xulen Lopeteqi ona şans verməyə bilər.

İspaniya mətbuatı yazıb ki, 31 yaşlı oyunçunun debütünün Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"la matçda gerçəkləşməsi mümkündür.

Xatırladaq ki, “Qarabağ” - “Sevilya” görüşü sentyabrın 19-u baş tutacaq.