“Avropanı yenidən şoka sala bilərik. Qarşıdakı oyuna köklənməliyik".

Bu sözləri “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan “Linfild”in müdafiəçisi Mark Stafford Şimali İrlandiya mətbuatına açıqlamasında deyib.

Sabah "Qarabağ"la Belfastda  keçiriləcək oyun haqda danışan 32 yaşlı müdafiəçi sona qədər mübarizə aparacaqlarını bildirib: “Biz “Sutyeska” ilə oyunda əziyyət çəkdik. Baxmayaraq ki, "Qarabağ" turu keçmək istəyir, amma biz matça yaxşı hazırlaşmalı və rəqibin hücumlarına tam hazır olmalıyıq. Əminəm ki, matça taktiki və psixoloji baxımdan yaxşı hazırlaşacağıq. Həmçinin, məşq prosesində də öz gücümüzü ortaya qoyacaq və rəqibə ən yaxşı zərbələrimizi göstərəcəyik". 

Mərkəz müdafiəçisi "Qarabağ"la oyunların çətin olacağını da vurğulayıb: “Qələbə qazanmaq həmişə ağlımızdadır, ancaq bizi hər iki matçda cütün favoriti olan bir komandaya qarşı oyun gözləyir. Qarşılaşmaya inamla hazırlaşırıq, meydana da inamla daxil olacaq və matçda kükrəyəcəyik”.

Qeyd edək ki, sabah "Vindsor Park”da keçiriləcək “Linfild” - “Qarabağ” matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq. Cavab oyunu isə avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. (qol.az)