"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Dundalk" səddini keçə bilməsə, yoluna Avropa Liqasında davam edəcək.

Artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibləri də müəyyənləşib.

Qurban Qurbanovun komandası ÇL-də ikinci mərhələni keçə bilməsə, Avroliqanın üçüncü təsnifat mərhələsində səpələnmişlər siyahısında yer alacaq. Bu isə o deməkdir ki, iyulun 22-də keçiriləcək püşkatmada “Qarabağ” nisbətən reytinqi aşağı olan, səpələnməmişlər səbətindəki komandalardan biri ilə düşəcək:

Səpələnmişlər

"Seltik" (Şotlandiya") - "Nımme Kalyu (Estoniya) cütününü məğlubu
BATE (Belarus) - "Rusenborq" (Norveç) cütünün məğlubu
"Dundalk" (İrlandiya) - "Qarabağ" cütünün məğlubu
"Maribor" (Sloveniya) - AİK (İsveç) cütünün məğlubu
"Ferensvaroş" (Macarıstan) - "Valletta (Malta) cütünün məğlubu

Səpələnməmişlər

"Sarayevo" (Bosniya və Herseqovina)
 "Partizani" (Albaniya) - "Şerif" (Moldova) cütünün qalibi
"Slovan" (Slovakiya) - "Feronikeli" (Kosovo) cütünün qalibi
"Santo-Koloma" (Andorra) - "Astana" (Qazaxıstan) cütünün qalibi
"Şkendiya" (Makedoniya) - "Düdelanj" (Lüksemburq") cütünün qalibi

 

qol.az