"Səbail" klubu avrokuboklarda ilk qolunu debüt mövsümündə vurub. Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi evdə Rumıniya "Universitatya"sı ilə görüşün ilk yarısında fərqlənməyi bacarıb. 33-cü dəqiqədə Yevgeni Koçukun künc zərbəsindən ötürməsindən sonra Ağabala Ramazanov topu rəqib qapısına göndərib.