Bu gün Azərbaycanın iki komandası UEFA Avropa Liqasında mübarizəyə başlayıb. Offsideplus.az xəbər verir ki, "Səbail" Avrokuboklarda debüt edib. İlk oyununda paytaxt təmsilçisi "Universitatya"ya 2:3 hesabı ilə uduzub. "Neftçi" isə səfərdə "Sperantsa"nı 3 cavabsız qolla məğlub edib.

Avropa Liqası, I təsnifat mərhələsi

İlk oyunlar

20:00. "Səbail" (Azərbaycan) - "Universitatya" (Krayova, Rumıniya) - 2:3 

Qollar: Ağabala Ramazanov, 33; 82 - Aleksandru Mateyu, 13. Nikuşor Banku, 51. Mixay Roman, 67

Baş hakim: Fyodor Zammit

Baş hakimin köməkçiləri: Dankan Sultana, Teodore Zammit

Dördüncü hakim: Mario Apap

(Hakimlər briqadası Maltadandır)

UEFA nümayəndəsi: Patrik Uottebled (Fransa)

Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)

Bakı, "ASCO Arena"

21:00. "Sperantsa" (Moldova) - "Neftçi" (Azərbaycan) - 0:3

Qollar: Emin Mahmudov, 16 (p). Stiven Monroz, 35. Rəhman Hacıyev

Baş hakim: Tim Marşal 

Baş hakimin köməkçiləri: Pol Robinson, Odri Neteri 

Dördüncü hakim: Tomas Entoni Klark (Hakimlər briqadası Şimali İrlandiyadandır)

UEFA nümayəndəsi: Anna Bordyuqova (Ukrayna)

Hakim-inspektor: Gevorq Hovannisyan (Ermənistan)

Kişinyov, "Zimbru" stadionu

Qeyd edək ki, "Səbail" - "Universitatya" matçı CBC International, "Sperantsa" - "Neftçi" görüşü isə CBC Sport telekanalları ilə canlı yayımlanacaq.