"Növbəti mərhələ haqqında düşünmürük. Məqsədimiz "Səbail"i keçməkdir". 

Offsideplus.az xəbər verir ki, bu sözləri Rumıniyanın "Universitatya Krayova" klubunun futbolçusu Nikuşor Banku "Səbail" ilə Bakıda keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil olunan mətbuat konfransında. Kapitan iddialı danışıb:

"Komanda 100 faiz hazır olmasa da, əlimizdən gələni edəcəyik. Maykl Essyeni "Çelsi"dən tanıyırıq, çox yaxşı oyunçudur. Hazırda cavan yaşlarında olmasa da, təcrübəsi var. "Səbail"in Essyendən başqa da yaxşı oyunçuları var. Onlara hörmətlə yanaşırıq. Matçdan sonra fürsət düşərsə, Essyenlə şəkil çəkdirərəm".

Qeyd edək ki, "ASCO Arena"da keçiriləcək "Səbail" - "Universitatya Krayova" oyunu yerli vaxtla saat 20:00-da başlayacaq.(qol.az)