"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə cavab görüşü də canlı yayımlanacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilir ki, iyulun 18-də "Bakcell Arena"da baş tutacaq görüşü azarkeşlər televiziya vasitəsilə izləmək imkanı qazanacaqlar. 21:00-da start götürəcək qarşılaşmanı "CBC Sport" kanalı canlı yayımlayacaq.

Qeyd edək ki, "Neftçi"nin sabah səfərdə keçirəcəyi ilk matç da "CBC Sport" kanalı vasitəsilə canlı göstəriləcək.