Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final görüşünə artıq 4 gün qalıb. 
"Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək final oyununun biletləri haqqında söz-söhbətlər səngimək bilmir. 
 
Sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzular rekord məbləğdə satışa çıxarılan biletlərdir. 
 
Ən çox diqqət çəkən isə "Skybox"la bağlı paylaşımlardır. Belə ki, müxtəlif insanlar "Skybox"a 195 000, 210 000, 250 000, 300 000 min AZN qiymətinə bilet satışı elanı yerləşdiriblər. (sport7.az)