Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Offsideplus.az-ın məlumatına görə, bununla da 1/4 finala vəsiqə qazanan 8 komanda müəyyənləşəcək.

İlk oyunda Londonda Kiyev “Dinamo”suna 3:0 hesabı ilə qalib gələn “Çelsi” və eyni hesabla evdə “Zalsburq”u məğlub edən “Napoli”nin səfər matçında üstünlüyü əldən verməyib.

Gecənin maraqlı oyunlarından biri Milanda keçiriləcək. İlk oyunda səfərdə “Ayntraxt”la qolsuz heç-heçə edən “İnter” doğma meydanda bu şansdan maksimum yararlanmağa çalışacaq.


Avropa Liqası, 1/8 final mərhələsinin cavab oyunları

14 mart

 

21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Çelsi" (İngiltərə) - 0:5 
Qollar:
 O.Jiru, 5, 33, M.Alonso, 45+1, O.Jiru, 59, Hudson-Odoy, 78
İlk oyun - 0:3

21:55. "Krasnodar" (Rusiya) - "Valensiya" (İspaniya) - 1:1 
Qol:
 M.Süleymanov, 85 (1:0), Q.Quedes, 90+3 (1:1)
İlk oyun - 1:2

21:55. "Zalsburq" (Avstriya) - "Napoli" (İtaliya) - 3:1 
Qollar:
 A.Milik, 14 (0:1), M.Dabbur, 25 (1:1), F.Qulbrandsen, 65 (2:1), K.Leytgeb, 90+2 (3:1)
İlk oyun - 0:3

00:00. "Arsenal" (İngiltərə) - "Renn" (Fransa) - 3:0 
Qollar: 
Obameyanq, 5, 72, Nayls, 15
İlk oyun - 1:3

 

00:00. "Benfika" (Portuqaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0 
Qollar: 
Yonas, 71, Ferreyra, 94, Qrimaldo, 105
İlk oyun - 0:1

00:00. "İnter" (İtaliya) - "Ayntraxt" (Almaniya) - 0:1 
Qol: 
Joviç, 6
İlk oyun - 0:0

00:00. "Slaviya" (Çexiya) - "Sevilya" (İspaniya) - 4:3 
Qollar: 
Nqadjui, 14 (1:0), Ben Yedder, 44-pen (1:1), Souçek, 47 (2:1),  El Haddadi,  54 (2:2), Franko Vaskes, 98 (2:3), Buren, 102 (3:3), Traore, 120 (4:3)
İlk oyun - 2:2

00:00. "Vilyarreal" (İspaniya) - "Zenit" (Rusiya) - 2:1
Qollar: 
Moreno, 29 (1:0), Bakka,47 (2:0), İvanoviç, 90 (2:1)
İlk oyun - 3:1