Qarabağ-ın büdcəsinə UEFA-dan növbəti vəsait daxil olub.

Offsideplus.az  AFFA-nın saytına istinadən xəbər verir ki, Ağdam klubu 2017/2018-ci il mövsümü üçün UEFA Çempionlar Liqası iştirakçısı kimi 981 min avro qazanıb.

UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin məktubuna uyğun olaraq vəsait AFFA-nın vasitəçiliyi ilə Qarabağ klubunun hesabına köçürülüb.