İtaliya A Seriyasının 19-cu turunun "Roma"- "Yuventus"  (1:2) matçında zədələnən Merih Demiralın durumuna aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki,  türk futbolçu matçın 16-cu dəqiqədə zədələnərək meydanı tərk edib. Tibbi müayinədən sonra futbolçunun sol ayağının ön çarpaz diz bağının qopduğu müəyyənləşib. Futbolçu üçün mövsüm başa çatıb.

"NTV Spor" Merih Demiralın Türkiyə millisinin AVRO-2020 üçün iştirak ərizəsində yer almayacağını yazıb. 

Qeyd edək ki, Türkiyə millisinin üzvü Yusuf Yazıçı da zədə səbəbindən Avropa çempionatında iştirak etməyəcək.