Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində sonuncu turun növbəti oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, J qrupunda İtaliya 9:1 hesablı qələbə ilə Ermənistanı rəzil duruma salıb. Bununla da Roberto Mançininin baş məşqçi olduğu kollektiv qrupu maksimum - 30 xalla başa vurub. Ermənistan isə qrupun digər oyununda Bosniya və Herseqovinanın səfərdə Lixtenşteyni böyük hesabla məğlub etməsi səbəbindən 5-ci pilləyə enib. Yunanıstan artıq qrupda 2-ci yeri təmin etmiş Finlandiyanı yenərək, 3-cü olub.

İtaliya - Ermənistan - 9:1

Qollar: Çiro İmmobile, 8; 33. Nikolo Zanyolo, 9; 64. Nikolo Barella, 29. Alessio Romanyoli, 72. Jorjinyo, 75 (pen.). Rikkardo Orsolini, 78. Federiko Kyeza, 81 - Edqar Babayan, 79