AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Uels matçı qonaq komandanın futbolçuları üçün göydəndüşmə olub.

Offsideplus.az xəbər verir ki, konkret olaraq iki futbolçu çıxışı ilə nəhəng klubların diqqətini cəlb edib.

Məsələ burasındadı ki, yarımmüdafiəçilər Ethan Ampdau və Harri Uilsonun yığmamızla görüşdəki performansı onların müqavilə ilə məxsus olduqları "Çelsi" və "Liverpul" klublarının məşqçilər korpusunu sevindirib. London klubu Ampdaunu yayda "Leypsiq"ə, "mersisaydlılar" isə Uilsonu "Bornmut"a icarəyə vermişdilər.

Onların çıxışından razı qalan "Liverpul" və "Çelsi" rəsmiləri bununla bağlı məşqçilər korpusunu məlumatlandırıb. Bu cür davam edəcəkləri təqdirdə, hər iki futbolçu gələn mövsüm öz komandalarının formasını geyinə biləcəklər. Xüsusən də, "Çelsi"nin baş məşqçisi Frenk Lempard 19 yaşlı Ampdaunun gələcəyinə böyük ümid bəsləyir. Uilson isə bu mövsüm "Bornmut"dakı oyunu ilə "Liverpul"un yarımmüdafiəçiləri Cordan Henderson və Jorjinyo Veynaldumu kölgədə qoymağı bacarıb. Onun da gələn mövsüm Yurgen Kloppun ixtiyarında olması gözlənilir.

Qeyd edək ki, millimizin 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmada Uelsin qollarından birinə Harri Uilson imza atıb. (matc.az)