Avro-2020-nin seçmə mərhələsinin 10-cu turunun 7 oyunundan sonra bəzi yığma komandaların final mərhələsinin püşkatmasındakı səbəti müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, oyunları ölkəmizdə də maraqla izlənilən Türkiyə millisi  3-cü səbətdə yer alacaq. Çünki “ay-ulduzlular” qrup ikinciləri arasında 3-8-ci yerlərdən birini təmin edib.

1-ci səbət: Belçika, İngiltərə, Ukrayna, İtaliya

2-ci səbət: Rusiya, Xorvatiya

3-cü səbət: Türkiyə, Avstriya

Final mərhələsinə yüksələn digər 10 komandanın hansı səbətdə yer almasına isə seçmə mərhələnin bu gün və sabah keçiriləcək oyunlardan sonra aydınlıq gətirəcək.