Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Bakıda Uels yığmasına qarşı keçirəcəyi oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, dünənə qədər matç üçün 8150 bilet satılıb.

Qarşılaşma üçün biletlərin qiyməti adi sektorlara 2 - 4, VİP sektorlar üçün 20 manatdır.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyunu saat 21:00-da başlayacaq. Arena 11 min azarkeş tutumuna malikdir.