AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Slovakiya - Azərbaycan görüşünün hakimləri açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, qitə futbol qurumu qarşılaşmanı ukraynalı hakimlərə həvalə edib. Trnava şəhərində baş tutacaq oyunda əsas söz sahibi Sergey Boyko olacaq. Ona yan xətdə Vladimir Volodin və Semyon Şlonçak kömək edəcək.  Görüşün hakim-inspektoru maltalı Kevin Azzopardi, UEFA nümayəndəsi isə şotlandiyalı Skot Ştruthers olacaq.

Noyabrın 19-da keçiriləcək Slovakiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.