Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX tura start verilib. 

Offsideplus.az-ın məlumatına görə, A qrupunun lideri İngiltərə Monteneqronu qəbul edib. Meydan sahibləri görüşdən darmadağınla ayrılıblar - 7:0. Qollardan 3-nü Harri Keyn vurub. 

İngiltərə - Monteneqro - 7:0

Qollar: Aleks Oksleyd-Çemberlen, 11. Harri Heyn, 19; 24; 37. Markus Reşford, 30. Aleksandar Şofranats, 66 (öz qapısına). Temmi Abraham, 84