Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX tura start verilib.

Offsideplus.az-ın məlumatına görə, ilk oyun günündə 3 qrupda 7 görüş keçirilib. Türkiyə millisi İslandiya ilə qolsuz bərabərliyə imza ataraq, Avro-2020-yə vəsiqəni təmin edib. İngiltərə və Portuqaliya isə rəqiblərini darmadağın edib. Nəticələri sizə təqdim edirik:

Belçika, İtaliya, Polşa, Rusiya, İspaniya və Ukrayna yığmaları final mərhələsinə vəsiqəni təmin ediblər.

AVRO-2020

Seçmə mərhələ

A qrupu

23:45. Çexiya - Kosovo 2:1

23:45. İngiltərə - Monteneqro 7:0

B qrupu

23:45. Portuqaliya - Litva 6:0

23:45. Serbiya - Lüksemburq 3:2

H qrupu

21:00. Türkiyə - İslandiya 0-0

23:45. Fransa - Moldova 2:1

23:45. Albaniya - Andorra 2:2