Sabah “Avro-2020”nin seçmə mərhələsi çərçivəsində Fransa ilə qarşılaşacaq Türkiyə millisi ciddi itkilərlə üzləşib.

Offsideplus.az xəbər verir ki, kapitan Emre Belözoğlu, Abdulkadir Parmak və Efecan Karaca sıradan çıxıb. Onlar heç biri Fransa ilə səfər matçında iştirak etməyəcəklər.

Qeyd edək ki, Fransa – Türkiyə oyunu oktyabrın 14-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.