Macarıstan yığmasının AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan millilərinə qarşı keçirəcəyi seçmə qrup oyunları üçün heyəti açıqlanıb. 

Offsideplus.az-ın Macarıstan Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Marko Rossi qarşıdakı oyunlara 26 futbolçu çağırıb. 

İtaliyalı mütəxəssis 8 illik fasilədən sonra cari mövsümdə Macarıstan çempionatında 3 oyuna 4 qol vuran “Uypeşt”in forvardı Robert Feçesinə dəvət göndərib. Həmçinin “Zalegerseq”in müdafiəçisi Kristian Tamaş bu dəfə yığmaya çağrılıb. 

Qapıçılar: Dibuş Denes ("Ferentsvaroş"), Peter Qulaşi ("Leyptsiq", Almaniya), Adam Kovaçik ("Fehervar")

Müdafiəçilər: Barat Botond ("Sportinq Kanzas", ABŞ), Beşe Barnabaş ("Havr", Fransa), Tamaş Kadar ("Dinamo" Kiyev, Ukrayna), Mihay Korhut ("Aris" Saloniki, Yunanıstan), Adam Lanq ("Omoniya", Kipr), Gerge Lovrençiç ("Ferentsvaroş"), Kristian Tamaş ("Zalegerseg"), Villi Orban ("Leyptsiq", Almaniya)

Yarımmüdafiəçilər: David Holman ("Slovan" Bratislava, Slovakiya), Laslo Klyaynhaysler ("Osiyek", Xorvatiya), İştvan Kovaç ("Fehervar"), Adam Nad ("Bristol Siti", İngiltərə), Mate Patkai ("Fehervar"), David Siger ("Ferentsvaroş"), Dominik Soboslai ("Zaltsburq", Avstriya)

Hücumçular: Balaş Cucak ("Əl-İttihad", BƏƏ), Robert Feçesin ("Uypeşt"), Filip Holender ("Luqano", İsveçrə), Dominik Nagi ("Legiya" Varşava, Polşa), Kristian Nemet ("Sportinq Kanzas", ABŞ), Roland Sallai ("Frayburq", Almaniya),  Adam Salai ("Hoffenhaym", Almaniya), Roland Varqa ("Ferentsvaroş")

Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə qarşılaşacaq.