UEFA 19 yaşlı futbolçulardan ibarət yığma komandalar arasında keçirilməli olan Avropa çempionatının pley-off matçlarını 2021-ci ilədək təxirə salıb.

Offsideplus.az xəbər verir ki, bu barədə İcraiyyə Komitəsi qərar verib. Belə ki, 2020-ci ilin oktyabr ayında baş tutmalı olan görüşlərin vaxtı 2021-ci ilin oktyabrına dəyişdirilib. UEFA  bu cür oyunların azaldılması barədə qərar qəbul edib.

Beləliklə, 19 yaşlı futbolçulardan arasında Avropa çempionatının 13 mini-turnirdən ibarət seçmə mərhələ qarşılaşmaları 2021-ci ilin mart ayında keçiriləcək.
Bundan əlavə elit-raund mərhələsi 14 yığma komandanın iştirak edəcəyi və 2021-ci ilin may ayında baş tutacaq pley-off oyunları ilə əvəzlənib. Turnirin final mərhələsi öncədən planlaşdırıldığı kimi növbəti ilin iyul ayında Rumınyada keçiriləcək.

17 yaşadək futbolçular arasında AVRO-2021-in keçirilməsində də dəyişiklik edilib. Yarışın seçmə mərhələ görüşləri mart ayının sonunadək mini-turnir formasında təşkil olunacaq. Turnirin elit-raund mərhhələsi ləğv edilib. 13 qrup qalibi və 2 seçilmiş komanda 2021-ci ilin mayında Kiprdə keçirilməsi nəzərdə tutulan final mərhələsinə vəsiqə əldə edəcək.

Qərarlar UEFA-nın quruma üzv olan 55 milli assosiasiya ilə məsləhətləşməsindən sonra qəbul olunub. Bu qərarlar federasiyaların əlavə əməliyyat və maliyyə yükünün azaldılması ilə əlaqədar atılıb.